İlk dəfə 4 iyul 1957-ci ildə istehsal edilən və 2008-ci ildə ilin avtomobili seçilən Fiat 500 markalı maşınlar istehsalından tam 60 il sonra "Keçmişdən gələcəyə" adlı yeni bir reklam filmiylə qarşımızdadır.

Reklam filmində 2003-cü ildə Pianist filminə görə "Ən yaxşı oyunçu" olaraq Oscar mükafatı alan Hollywood ulduzu Adrien Brody rol alıb. Leo Burnett imzası olan bu filmdə Adrien Brody Milanda 1950-ci illərdə tək yaşayan biri olur. Bir gün evdən çıxdıqda indiki dünyayla qarşılaşan Brody böyük çaşqınlıq içərisində şəhəri gəzərkən köhnə əşyaların satıldığı bir bazara gedib çıxır. Orada tanış olduğu qadının Fiat 500 avtomobili ilə günümüzün dünyasını kəşfə çıxır.
Reklam filmindəki əsas mesaj avtomobilin texnologiyası inkişaf etsə də tərzinin eyni olmasıdır.
