Keçdiyimiz oktyabr ayında Facebook Slack rəqibi olaraq Workpace məhsulunu təqdim etmişdi. Şirkətlərin işlərini idarə edən Workplace tətbiqi, Facebookun CNBC-yə verdiyi məlumata görə yaxında pulsuz olaraq istifadəyə verilir. Daha çox istifadəçiyə çatmaq istəyən Facebook, Workplace tətbiqinin bəzi xüsusiyyətlərini məhdudlaşdıran Workplace Standart olaraq təqdim edilməsini planlaşdırır. Ödənişli versiyası isə Workplace Premium olaraq ad dəyişdirəcək. Ödənişli versiya hər istifadəçi üçün 3 $ olaraq qiymətləndirilir. 1.000-dən çox adama çatsa aylıq ödəniş 2 $ və 10.000 çox adama olsa da 1 $ olaraq dəyişir.
Facebook məhsul müdirlərindən Simon Cross, Workplace-ın hamıya təqdim edilməsinin özləri üçün çox böyük addım olduğunu və daha çox şirkətə çatmaq üçün strateji bir hücum olduğunu söyləyir. "Hər şirkət bu məhsula ödəniş etməyə hazır deyil, bu səbəblə əvvəl pulsuz versiyasını istifadə edərsə satış etmə imkanımız daha yüksək olacaq " deyir.
Workplace tətbiqi, Facebookun bənzəri bir interfeysdə şirkət içi ünsiyyət üçün istifadə edilə bilən bir tətbiqdir. Bu tətbiq içərisində eynilə Facebook-da olduğu kimi qruplar yarada paylaşımlar edə bilərsiz. Toplu və ya fərdi fayl göndərmək də olar və statistik paneli və tək-sessiya kimi məhdudiyyət xüsusiyyətləri də var.
1.5 milyon ödənişli abunəçisi olan Slack qarşısında Facebookun hücumu necə bir nəticə göstərəcək birlikdə görəcəyik. Bazar payını artırıb artıramayacağı maraq mövzusudur. Facebook tam olaraq nə zaman bu tətbiqi bütün şirkətlərə açacağına dair rəsmi bir məlumat hələ paylaşmayıb.

