Tesla şirkəti dünən avtomobillərini almağı düşünənlər üçün möcüzə ola biləcək bir məlumat verdi. Verilən məlumata görə, şirkət satdığı avtomobillərlə birlikdə ömür boyu sığorta və baxım xidməti təqdim etməyi də planlaşdırır. Təbii ki bu xidmətlər, avtomobili ilk alan müştəriyə təqdim ediləcək.
Əslində şirkət qəliblərin xaricinə çıxan bu fikri Asiya bazarında həyata keçirtdi. Asiyada şirkətin avtomobilləri, avtomobilin standart xərclərinin qarşılandığı bir paket halında müştərilərə təqdim edilir. Şirkətin planı isə bu xidməti dünya səviyyəsindəki bütün Tesla müştərilərinə təqdim etməkdir. Bununla birlikdə şirkətin təsisçi ortağı və CEO-su Elon Musk, avtomobil sığortalarının şirkət tərəfindən qarşılanacaq olmasının, sığorta şirkətlərini tamamilə sıradan çıxarmağa istiqamətli bir cəhd olmadığını ifadə etdi.
Şirkət, sığorta işi üçün sığorta şirkətləriylə müqavilə bağlamağı planlaşdırır. Ancaq Elon Musk, sığorta şirkətlərinin avtomobilin riskiylə mütənasib bir təklif təqdim etməmələri halında, sığorta işini şirkət daxilində həll edəcəklərini ifadə etdi. Elon Musk yenə də avtomobillərin riskləriylə mütənasib təkliflər təqdim edəcək sığorta partnyorları tapacaqlarına inanır.
Teslanın avtomobillərinin siğortalarını qarşılama kimi bir iş görməsi , avtomobillərinin təhlükəsizlik mövzusundakı müvəffəqiyyətidir. Teslanın avtomobilləri, bu zamana qədər bəzi qəzalara qarışsalar da ümumi mənada qəzaları əvvəldən təxmin etmə və qarşısını almaq mövzusunda olduqca uğurludurlar. Hətta ötən aylarda Hollandiyada avtopilot rejimində getməkdə olan Tesla markalı bir avtomobil, qarşısında reallaşacaq olan qəzanı saniyələr əvvəl təxmin edərək yavaşlamış və qəzaya qarışmaqdan xilas olmuşdu. Bu hadisənin videosu böyük səs gətirmişdir.
Tesla, bu planını dünya səviyyəsində həyata keçirdiyi təqdirdə avtomobil sektorunda tam olaraq bir inqilab yaradacaq və rəqiblərinə qarşı üstünlük təmin edəcək. Təbii ki, belə bir vəziyyətdə digər avtomobil şirkətlərinin də bənzər bir xidməti həyata keçirtməsi də mümkündür. Xüsusilə potensial Tesla müştəriləri, bu xəbərə olduqca sevinsə də şirkətin bu planını nə zaman həyata keçirəcəyinə dair hələ bir məlumat yoxdur.