TechCrunch nəşrinin bildirdiyinə görə, Facebook sosial şəbəkəsi Instagram və Snapchat-da olduğu kimi "Stories" bölməsini təqdim edib. Hələlik yeni bölmə yalnız bir ölkədə – İrlandiyada mümkündür, lakin ən yaxın aylarda o bütün dünyada yayılmalıdır.



Nəşrin fikrincə, bölmənin yaradılmasına Instagram-da Stories-in məşhurluğu təsir edə bilərdi – öz mövcudluğunun beş ayı ərzində " Stories"dən gündəlik 150 milyon insan istifadə etməyə başladı.



Xatırladaq ki, "Stories" dekabrının sonunda "VKontakte"da əlçatan oldu. Stories-də şəkillər və video nəşrdən 24 saat sonra silinir.