"Superboul" – markalar üçün 110 milyondan çox tamaşaçıya özünü göstərməyə gözəl imkandır. Son doqquz il ərzində YouTube öz istifadəçilərinə təkcə baxmağı deyil, həm də özünün AdBlitz kanalında xoşlarına gəlmiş çarxlara səs verməyi təklif edir.



İndi video platformada top-20 reklam çarxlarını müəyyən etdilər. Bu günlərdə YouTube “AdBlitz-in yubileyinə hesabat" dərc etdi. Burada çarxlar baxışların miqdarına görə təhlil edilmişdi.



Əsas nəticə – ən effektiv çarxların əksəriyyəti (90%) oyuna qədər buraxılmışdır. “Çarxları əvvəl yükləyən reklamverənlər, daha çox müvəffəqiyyətə nail olurlar”, – reklam həlləri üzrə rəhbər Tara Uolpert Levi öz bloqunda yazıb. Məsələn, Budweiser Puppy Love-da ilk dəfə 2014-cü ildə superkubokdan əvvəl göstərilmiş və YouTube-da ən çox baxış yığmışdır. Oyunun rəsmi açılışına qədər çıxmış həminki Budweiser-in Lost Dog reklamı 2015-ci ildə həmçinin Top-20-yə düşərək, dördüncü yeri tutmuşdu.



Volkswagen və Deutsch həmçinin öz çarxlarını "Superbouldan" əvvəl təqdim etmiş və bütovlükdə siyahıda markalardan və agentliklərdən ən çox təmsil olunan markalar olmuşdur. 2011-ci ilin The Force videosu isə üçüncü yeri tutmuşdu.



Oyunlarin özlərinin başlanğıcından əvvəl reklamin nəşrinə olan tendensiya artır. YouTube-a görə, belə çarxların miqdarı 2008-ci ildən 2016-cı ilə qədər 200%-dən çox artmışdı.



Avtomobil və pivə markaları – Superkubokun daimi reklamverənləridir və YouTube-un tədqiqatları göstərdi ki, bu kateqoriyalar platformada yaxşı göstəricilər əldə edirlər. Volkswagen, BMW, Acura, Toyota, Hyundai, Ram kimi avtomobil markaları və Budweiser, Bud Light kimi pivə markaları 20 ən yaxşı çarxdan 13-nü təşkil edir. Top-20-yə həmçinin Clash of Clans və Pokemon oyunlarının reklamı da daxil olub.



Toplam olaraq YouTube-da reklam çarxlarının baxışına 440 milyondan çox dəqiqə sərf olunub. Bu halda tamaşaçıların 30% fəallığı hər ilin fevral ayına düşür.



Çarxların ilk beşliyi



1. Budweiser Super Bowl XLVIII Commercial — Puppy Love 2014



2. Clash of Clans: Revenge (Official TV Commercial) 2015



3. The Force: Volkswagen Commercial 2011




4. 2015 Budweiser Super Bowl Commercial “Lost Dog” | Budweiser #BestBuds 2015



5. #Pokemon20: Pokémon Super Bowl Commercial 2016