Cnet, şirkətin mobil bölməsinin başçısına istinadən yazıb ki, Samsung Electronics “Note” markası altında smartfonlar buraxacaq. O bildirib ki, bazara daha yaxşı, daha təhlükəsiz və innovativ Note 8 çıxacaq. Beləliklə, şirkətdə Note markasını dəyişməməyə qərar veriblər.
Xatırladaq ki, bütün dünyada çox qızmasına və akkumulyatorların öz-özünə alışmasına görə Galaxy Note 7-nin 2,5 milyon qurğusu geri çağırılmışdı.
Daha sonra Samsung hətta ABŞ-ın üç ən böyük amerika qəzetində Galaxy Note 7-yə görə üzrxahlıq dərc etmək üçün reklam alıb.