Cancer Research UK və Britaniyanın Channel 4 komandası kolonoskopiya prosesinin birbaşa yayımını təşkil edəcək.
Bu, belə formatlı ilk tele çarxdır. Həmçinin, təşkilatçıların sözlərinə görə, bu texnika nə televiziyada nə də reklam sənayesində heç vaxt istifadə olunmayıb. Kampaniya xərçəng şişlərinin profilaktikası və müalicəsi üçün vaxtında tədqiqatların aparılma əhəmiyyəti haqqında maariflənmənin artımı üçün yaradılmışdır.
Çərşənbə günü, günün ikinci yarısında Channel 4-də real vaxtda Filipp Mak-Sparronun bağırsaqlarındakı poliplərinin götürülməsi üzrə əməliyyat bəlkə də həssas tamaşaçılara pis təsir edəcək. Filipp ümid edir ki, bu qeyri-adi reklam çarxının 90 saniyəsi ərzində insanlar anlayacaqlar ki, nə tədqiqatdan nə də əməliyyatdan qorxmaq lazım deyil. Guardian-ın yazdığına görə, xəstə bu sosial reklamda pulsuz çəkiləcək.
İlk nümayişdən sonra sosial çarxı kanalın sonrakı verilişlərində və kanalın səhifələrində, həmçinin Facebook-da Cancer Research UK-un xeyriyyə təşkilatında görmək mümkün olacaq.
Kolonoskopiyanın birbaşa yayımı – Miladdan sonra başlayan Böyük Britaniyanın Cancer Research Right Now kampaniyasının bir hissəsidir.