HMD Global şirkəti Android platformasında işləyən ilk smartfonu buraxdı. Nokia 6 adını almış qurğu 5,5-düym ekranına, 16 meqapikselli kameraya və 4 Gb operativ yaddaşa malikdir. Smartfon Android 7.0 Nougat əsasında işləyəcək.
Telefonun dəyəri 246 dollar təşkil edəcək. Qurğu yalnız Çin bazarında satılacaq.
Şirkət Nokia 6-dan əlavə, 2017-ci ilin əvvəllərində daha iki smartfon buraxmaq niyyətindədir.
HMD Global “Nokia” brendi adı altında smartfon buraxmaq hüququnu 2016-cı ilin yazında Microsoft-dan 350 milyon dollara əldə etmişdir.