2017-ci ilin xoruz ili olduğunu nəzərə alaraq, xoruzlarla ən maraqlı, məşhur, gülməli və şoka salan reklamları təqdim edirik:



Nescafe



Nescafe Nescafe Classic qəhvəsi üçün reklam buraxıb. Plakat Nescafe-nin, səhərlər xoruzun banlaması qədər gümrahlıq verdiyinə işarə edir.





Mercedes-Benz



Xoruzla ən məşhur reklam çarxını Mercedes-Benz çəkib. Marka, xoruzu müxtəlif yerlərə fırladıldığını, amma bu zaman onun başının hərəkətsiz qaldığını göstərir. Beləliklə, Mercedes əvvəlcədən yola adapta olunma sistemini - MBC nümayiş etdirir. Kampaniyanın şüarı: "İstənilən şəraitdə sabitlik".





Mayonez "Qulyay Pole”



"Qulyay Pole” mayonezi üçün danışan xoruz haqqında reklam çəkilmişdir.





Chante Clair şərabı



Stranger & Stranger studiyası Chante Clair fransız şərabı üçün üzərində xoruzun təsviri olan etiket dizaynı hazırladı. Müəlliflər hesab edirlər ki, son zamanlar Fransanın çaxır markaları şablon və tanınmaz etiketlərdən istifadə edir, buna görə də, Chante Clair dizaynını maksimum yaddaqalan etmək qərara alınmışdır.





OTTO



Otto ət blenderini qaniçən lövhələrlə reklam etmişdi. Plakatlar dalaşan heyvanları təsvir edir – öküzlər, donuzlar və xoruzlar. Sloqan isə göstərir ki, onlar uzun və xoşbəxt yaşadılar, çünki onları 20000 dövr sürətlə qarışdırdılar.









Tekila Espolòn



Meksika tekilası Espolòn ABŞ bazarına qayıdış üçün etiketin dizaynını dəyişdi. İçkinin qablaşdırmasında elə əvvəl də xoruz təsvir edilmişdi, lakin ABŞ üçün onun dizaynını müasir tələblərə uyğun yenilədilər.







Queen Bee Waxing gözəllik salonu



Queen Bee Waxing gözəllik salonu "braziliya bikinisi" xidmətinin keyfiyyətini göstərəcək reklam hazırladı. Posterlər tükləri yolunmuş xoruzu, daz qunduzu və Sfinks pişik balasını təsvir edirdi. Ziyarətçilər qeyd etdilər ki, kampaniya epilyasiyanın etibarlılığı göstəriməyə çalışsa da bu qorxulu və yersiz görünür.









Taringa! saytı



Taringa! saytı uşaqlar üçün internetin moderasiyasına ehtiyac olduğu haqqında reklam kampaniyasını buraxdı. Sloqan bildirir: "Qoy uşaqlar uşaq qalsınlar. Valideyn nəzarəti məcburidir". Plakatlar göstərir ki, "valideyn nəzarəti" funksiyasının köməyi ilə axtarış sistemləri yalnız təhlükəsiz informasiyanı əks etdirəcəklər.







Bob Martin itlərin təlimi üçün həblər



İtlərin təlimi üçün həb markası olan Bob Martin reklam seriyası hazırlayaraq, həblərin ev heyvanlarına təsirini göstərib. Plakatlar xoruz, quzu və inəyin preparatdan sonra necə sözəbaxan və ağıllı olduğunu göstərərək, həbin itlərə daha güclü təsir edəcəyinə işarə edir.