“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsindətam sığortalı əmanət yerləşdirən müştərilərin bu kampaniyadan yararlanmaq üçün sadəcə 4 günü qalmışdır.



Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən asılı olaraq hədiyyə seçimi edirlər.



Bu günə qədər kampaniya çərçivəsində – 60 ədəd İphone 7 və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.



Xatırladmaq istərdik ki, “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone 7 (128 GB), İphone 7 (32GB), Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPAotellərində istirahət, müalicə və idman paketləri.



Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 30 dekabr 2016-cı il tarixinədək qüvvədədir.



Əmanətlərin şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.



Həmçinin 30.07.2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “AtaBank” müştərilərə bildirir ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanununun şərtlərinə uyğun olaraq "AtaBank"-da yerləşdirilən əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanır.