Burberry yeni il kampaniyası üçün qeyri-adi reklam hazırladı. Film treyleri kimi çəkilən reklam çarxı moda evinin qurucusu Thomas Burberry-nin çətin taleyindən bəhs edir. Reklam çarxında Donal Glisson, Sienna Miller və Lily James çəkilib.
Reklam çarxı əsl film treylerinə bənzəyir. Süjetin əsasını moda evinin qurucusu Thomas Burberry-nin həyatından olan faktlar təşkil edir. Thoması - Donal Glisson və onun uydurma həyat yoldaşını isə Sienna Miller oynayıb. Filmin rejissoru Azif Kapadia olub.
Şirkətin əsasını qoyanda Thomas Burberry-nin cəmi 21 yaşı var idi. O, birinci dünya müharibəsi iştirakçılarını paltarla təmin edirdi. Filmin müəllifləri Thomasın həyatı haqqında arxiv materiallarından istifadə etmişlər.