Qorxu - insana xas olan təbii hissdir, lakin reklama görə mühakimə yürütsək, müxtəlif ölkələrdə yaşayan insanlar müxtəlif şeylərdən qorxurlar. Rabitə operatorlarının "dəhşət" janrında çəkdikləri reklam çarxlarında sizə ingilislərin, amerikalıların və rusların bir birinə bənzəməyən qorxularını təqdim edirik.
ABŞ-ın ən böyük telekommunikasiya şirkətlərindən biri ən yaxşı ənənələrində amerikan dəhşət filmini xatırladan video çarx təqdim edib. Çarxda tükürpədici soundtrek altında uşaqlar mobil telefonun onlara necə vacib lazım olduğunu deyirlər.
Başqa bir ABŞ telekommunikasiya şirkəti rabitə salonunda ilk baxışda adi dialoq kimi görünən zombi ilə dözümlülük səviyyəsi 80 olan satıcını göstərdi.
Böyük Britaniyanın özünün ənənəvi “yumoru” vardır, lakin zombi mövzusu da burada aktualdır.
Böyük Britaniyanın iri telekommunikasiya şirkəti başqa bir yolla getdi və zombi çəkmədi, klassik dəhşət filminə xarakterik olan fəndi istifadə edərək, qəhrəmanın həyəcanlı musiqi altında metodik şəkildə nəyisə axtardığını göstəridi. Və ən dəhşətlisi onun tapdığıdır...
Rusiya reklamçıları da dünya trendlərini dəstəkləyir, lakin onların "dəhşəti" qərbin dəhşətindən fərqlənir. Ekspertlərin fikrincə, Rusiyada zombi hekayəsi işləmir. Burada insanların başqa qorxuları var.