Şirkətin dərc etdiyi korporativ hesabata görə, tərkibinə Google, YouTube, Android, Google Maps, Google Play və Google Chrome daxil olan Alphabet korporasiyası, ilin üçüncü rübündə 5.06 milyard dollar xalis mənfəət əldə edib. Alphabet-in gəliri ötən ilin üçüncü rübü ilə müqayisədə 22.45 milyard dollaradək artıb. Korporasiyanın tərkibinə daxil olan Google-un reklam gəliri 18 %, 19,82 milyard dollaradək artıb.



Alphabet-in maliyyə direktoru Rut Porat bildirib ki, pul gəlirləri sahəsində daha çox üstünlükləri mobil axtarış xidməti, həmçinin YouTube göstərir.