Ford avtomobil brendi Mads Mikkelsonun baş rolda çəkildiyi, "Le Fantôme" adlı yeni reklam çarxını təqdim edib. Aktyor daha çox soyuqqanlı qatil rolunu ifa etdiyi “Hannibal” serialından tanınır. Oxşar rolu o Fordun yeni reklamında da oynamalı olub: Mikkelson qatil rolunu oynayıb.
GTB agentliyinin çəkdiyi yeni reklam çarxı əsl qısametrajlı filmdir. Reklamın rejissoru məşhur rejissor Ridley Scottun oğlu Jake Scott olmuşdur. Səkkiz dəqiqəlik reklamın süjeti elə bil bir qanqster filmindən götürülüb. Aktyor Medds Mikkelsonun ifa etdiyi əsas qəhrəman qatildir.
Süjetə görə bir ailə cütlüyü cinayətin şahidi olur və qaçaqçı onlardan qurtarmaq üçün qatil tutur. Mikkelson onların arxasınca düşür. O, Aralıq dənizi sahillərində istirahət edən və narıncı Ford Edge avtomobilində gəzən cütlüyü güdür.
Nəticədə, qatil onların avtomobilinə elə heyran olur ki, cütlüyə rəhm etmək qərarına gəlir və hətta onları digər qatildən xilas edir. Filmin sonunda Mikkelson öz motosikletini onlara verərək, Fordu özünə götürür.