Thestar.com-un məlumatına görə, SickKids Kanada xəstəxanası, keçmiş və indiki xəstələrinin sözün əsl mənasında xəstəliyə qarşı mübarizə aparmasını əks etdirən videoçarx təqdim edib. Çarxın sloqanı - Sick isnʼt weak (“Xəstə olmaq zəif olmaq deyil”). Çarxın saundtreki repçi Donni Deydrimin Undeniable mahnısıdır. Bütün kampaniyanın dəyəri iki milyon dollar təşkil edir ki, buraya həmçinin, saundtrekin istehsal və hüquqlarının alınması xərcləri daxildir.




Qeyd edək ki, sosial video bu mövzu ilə bağlı planlaşdırılan dörd çarxdan birincisidir.