Liviya mənşəli Amerikalı jurnalist Nur Tagouri hicabı çıxarmadan, Playboy jurnalı üçün çəkilən ilk müsəlman qadın olacaq. Tagouri bu barədə öz Instagramında bildirib.



“Budur. Sizə bildirirəm ki, Playboy məni Renegades 2016-nın siması etdi” – deyə 22 yaşlı qız bildirib. Renegades layihəsi sevimli işlə məşğul olaraq, həyatları ilə riskə gedən gənc insanların hekayələrini danışır. Jurnalistin şəkilləri ilə buraxılış sayı oktyabr ayında çıxacaq.



Hicabdan başqa çəkiliş zamanı qızın geyiminin cins, mayka və gödəkçədən ibarət olması nəzərə çarpır. Beləliklə, Playboy ötən il elan etdiyi dəyişdirilmiş siyasətinə riayət etməkdə davam edir. Belə ki, həmin vaxt Playboy Enterprises bəyan etmişdir ki, 2016-cı ildən etibarən "böyüklər" üçün olan nəşrin səhifələrində erotika olmayacaq.



Əlbətdə ki, nəşrdə ulduz və modellərin fotosessiyaları davam edir, lakin çılpaqlıq olmadan. Playboy üçün yaş həddi 13 yaşadək azaldılıb.