Avtomobil istehsalçısı Audi, qarşıdan gələn ABŞ prezident seçkiləri mövzusundan istifadə edərək, yeni model RS7 üçün reklam çəkdi. Reklamın şüarı "gözəl şeylər üçün mübarizə etməyə dəyər"dir. Çarxda iki sürücü - kişi və qadın - Audi RS7-nin sürücüsü olmaq hüququ uğrunda bir-biri ilə mübarizə aparır və reklam geriyə ötürmə formatında çəkilmişdir. Reklamın sonunda 2016-ci ilin prezident seçkiləri kampaniyasına istinad edərək, “növbəti sürücünü düşünərək seçin" çağırışı göstərilir. Audi təmsilçisi qeyd edib ki, reklam bütünlüklə "mədəni və siyasi eyhamlarla çəkilib".
Reklam Venables Bell & Partners agentliyində hazırlanıb.