Bu cümə, 16 sentyabrda yeni Apple smartfonunun satışı başlayacaq. Həmin tarix üçün şirkət qorxulu bir reklam çarxı hazırladı. Çarxda iPhone 7-nin yeni təkminləşdirilmiş xarakteristikası canlı təbiət vasitəsi ilə göstərilir. Daha bir ağ-qara reklam çarxı bayquşun gözlərində əks olunan gecə meşəsinin şəkili ilə başlayır. Bununla yeni smartfonun gecə çəkilişi göstərilir, ikili kamera isə bayquşun gözləri kimi təqdim olunur. Boksçu və ildırım obrazının köməyi ilə zərbəyə davamlılığı, yağışın köməyi ilə isə suya davamlılıq xarakteristikaları təqdim olunur. Bütün səslər aydın eşidilir bu isə təkmilləşdirilmiş stereo dinamiklərə işarə olunur. Son kadrlar isə iPhone 7-nin bütöv bir kainat olduğu fikrini doğurur.





Xatırladaq ki, sentyabrın yeddisində Apple iPhone 7-nin yeni dizaynını təqdim etdi. Dizayn daha çox minimalist və daha dairəvi forma almışdır. Yeni smartfon dörd rəngdə təqdim olunacaq: qara, gümüşü, qızılı və çəhrayı qızılı.