Şəbəkə səyləri son üç ildə inteqrasiya rabitə məkanı yaratmaq və yaradıcı, media, texnologiya və digital-xidmətləri arasında sərhədləri silməyə istiqamətlənmişdir. Rebrendinqin məqsədi nteqrasiya xidmətləri sahəsində birləşmə və inkişaf proseslərini qeyd etməkdir.
Havas agentliyi üçün yeni loqotip hazırlandı. Havas Worldwide kreativ agentliyinin adı Havasa dəyişdirildi, qrupun adı isə Havas Group kimi səslənəcək.
Yeni brendinqi hazırlayan şəbəkə liderlərini ilhamlandıran ideya və şuar: To Better Together oldu. Bu o deməkdir ki, Havas Group-un bütün agentlikləri eyni görmə, eyni iş konsepsiyasını və eyni markanı bölüşdürürlər.
Yeni stilə geniş rəng palitrası daxildir: şəbəkənin hər bir agentliyi loqotipin rəngini seçə və istənilən anda onu dəyişə bilər.
Havas şəbəkəsi 1835-ci ildə yaradılıb və indi dünyanın 100-dən çox ölkəsində 20 000 əməkdaşı birləşdirir. Mərkəzi Parisdə yerləşir. İdarəetmə iki biznes bölməsində - Havas Creative Group və Havas Media Group-da həyata keçirilir. 2015 ildə şirkətin gəliri 2 milyard avronu ötmüşdür.




