“Google Webmaster Tools” əslində SEO-nun onurğa sütunlarından biri saymaq olar. Marketinqin 4P-si kimi. Millət olaraq bu xidməti sevməliyik, çünki “Google Webmaster Tools” pulsuzdur.



SEO “qanunvericilikdə”



Mövzuya keçməmişdən əvvəl qeyd edim ki, “SEO” sosial medianın tərkibində varlıq göstərir. Biri daha çox kreativliyə, digəri daha çox texniki və analizlərə əsaslanır. Sosial media mütəxəsisisi mütləq azı SEO-dan ilkin anlayışı olmalıdır. “Youtube” səhifəsini idarə edirisniz, amma SEO-dan anlayışınız olmadığından hətta kontentin kralın yaratsanız belə lazım olan baxış sayından dəflərlə az baxış əldə edəcəskiniz. Amma qəbul etməliyik ki, SEO sosial media var olmamışdan əvvəl mövcud olmuşdur. Təklikdə ayrı bir dominant sahədir. İlkinci olaraq “Azərbaycanda nə SEO?!” kimi primitiv yanaşmalardan qaçaq. Aydın məslədir ki, lokal bazarda açarsözlərin rəqabət qabiliyyəti zəif olduğundan sizin üçün ilk səhifədə görünmək xarici bazardakından qat-qat sadədir. İlahi lütfdən niyədə də faydalanmayaq.



SEO (search engine optimization) axtarış sistemləri yarandığı gündən daim inkişaf edir. Bəzən “SEO is dead” kimi məqalələr ortaya çıxır. Amma reallıq tam fərqlidir. Borrell Associates‘in araşdırmalarına əsasən 2016-cı ildə şirkətlər SEO üçün 65 milyar $ xərcləməyə hazırlaşırlar.



“Google Webmaster Tools”



There’s no university degree for SEO



Bu xidmət vasitəsi ilə saytınıza axtarış sisteminin gözü ilə baxmış olursunuz. Veb saytınıza SEO-nu bir sıra müxtəlif üsullarla dəstək ola bilərsiniz. Əmin olun ki, bunlardan ilki “Google Webmaster Tools” sayılır. Bununla siz indekslənərkən qarşınıza çıxan xətaları və yüklənməyən səhifələri görə biləcəksiniz. Həmçinin kontent analizidə edə biləcəksiniz. Bundan istifadə etməyə məcbursuz. Çünki veb səhfiələr bəzən Google tərəfindən görünmür və ya gec görünür, bəzən isə bır sıra əməliyyatları yerinə yetirmək olmur.



Saytın url quruluşu, robot.txt, sitemap, botların yönləndirilməsi, saytda problem yarandıqda xəbərdarlıq ala bilmək, saytın istənilməyən səhifələrin qaldırılması, keywords analizi və s. bir çox kriteriyalar. 10 barmağında, 10 məharət. ))



Adi saytınızı Google Webmaster Tools’a əlavə etdikdə ilk ediləcək davranış sayta sitemap əlavə etməkdir. Bundan sonra botlar sizin saytı daimi olaraq izləyəcəkdir.



Aşağıdakı kimi sitemap.xml ilə kateqoriya yaradıb, SERP-də (axtarış nəticələrində daha çox yer tuta bilərsiniz. Aşağıdakı nəticəni Google avtomatik müəyyən edib. Yani siz istədiyiniz kategoriyaları özünüz müəyyən edə bilərsiniz.



Saytınızı Google axtarış sitemini istifadə edərək gələn istifadəçilərin hansı açarsözlərdən gəldiyini görə bilərsiniz. Ən çox axtarış edilən açarsözlər cədvəl şəklində görə bilərsiniz.



Ən çox ziyarət edilən səhifələrin yüklənmə sürətin görə bilərsiniz.



Fetch as Google (Google kimi gətir)



Veb sayt sahiblərinin ən böyük problemlərindən biri yeni əlavə etdiyi kontentin indekslənmə müddətinin olduqca gec olmasıdır. “Fetch as Google” ilə mü müddət daha baş verəcək. Bu tools un əsas xüsusiyyəti veb səhifənizə aid bir səhifəni Google botlarının gözündə skan edərək, xəta olub-olmadığını müəyyən edir. Həm ana səhifəni, həm də ad səhifələri ayrı-ayrılıqda indeksləyə bilərsiniz. Amma bunun üçün də bir limit vardır. Siz 10 deyin, mən 15 )))



Bir sözlə mənim niyə Google’da gec çıxır sualınızın cavabı.



Google Webmaster Tools haqqında ilkin olaraq məlumat verməyə çalışdım. Daha çoxunu gözləməyin.



Əgər qəliz gəldisə SEO mütəxəssislərinə müraciət edin. Amma əmin olun ki, bu məlumat 5 “marketloqun” 1 ayliq məsləhətindən daha dəyərlidir. :)))