Honda Canada və Ontario Honda Dealers ən məşhur avtomobil reklamlarından biri olmuş “Cog“ videoçarxının davamını çəkib. Yeni klipin hazırlanmasında ds+p reklam agentliyi iştirak edib. AdFreak-in bildirdiyinə görə, 19 saniyə davam edən çarxın çəkilməsinə 175 cəhd tələb olunub. “Cog“dan fərqli olaraq bu çarxda avtomobil hissələrindən ibarət zəncirvari reaksiya olduqca tez bitir. Video "Honda-nın yalnız orijinal ehtiyat hissələrindən istifadə edin” şüarı ilə bitir.
Bu video 2003-cü ildə Agency Wieden + Kennedy agentliyi tərəfindən lentə alınmış məşhur reklamın davamıdır . Ona hazırlıq dörd ay davam etmişdi.