Microsoft getdikcə məşhurlaşan Slack-ın analoqunu yaratmaq məqsədi ilə Skype funksiyalarını genişləndirilməsi üzərində işləyir. MSPowerUser portalının məlumatına görə, yeni məhsul Skype Teams adlanacaq.
Skype Teams Slack-ın bütün imkanlarını kopyalayır, standart Skype-ın bütün funksiyalarını dəstəkləyir və Office 365 və OneDrive xidmətləri ilə sıx inteqrasiya təklif edir. Skype Teams istifadəçiləri həmçinin, özəl mesaj göndərə və qrup şəklində rabitə üçün kanallar yarada biləcəklər.
Bu xidmətin Anroid, iOS, Windows, eləcə də web versiya üçün mövcud olacağı gözlənilir. Yeni məhsulun mümkün reliz tarixi hələ məlum deyil. Çox güman ki, xidmətdən ilk olaraq Office 365 abunəçiləri istifadə edə biləcək.
Microsoft Slack-ı 8 milyard dollara almağı planlaşdırırdı, lakin şirkətin baş direktoru Satya Nadella və şirkətin təsisçisi Bill Gates bu razılaşmaya qarşı çıxaraq, şirkətə məxsus Skype xidmətini inkişaf etdirməyi və Slack-ın güclü rəqibinə çevirməyi təklif etdilər.

