Facebook yaradıcısı Mark Zuckerberg WhatsApp və Messengeri birləşdirmək niyyətində deyil, belə ki, onlar müxtəlif ünsiyyət növləri üçün nəzərdə tutulub.



Mark Zuckerberg Nigeriyaya səfəri zamanı deyib ki, "hesab edirəm onların ayrı-ayrılıqda işləməsi daha doğru olar". 2014-cü ildə Facebook WhatsAppı 19 milyard dollara əldə etdi, bu yaxınlarda isə WhatsApp bildirdi ki, istifadəçilərin informasiyasını Facebook ilə bölüşəcək.



Zuckerberg hesab edir ki, hər iki tətbiqetmənin müxtəlif istifadəçi siyahısı var. “İnsanlara yaxın dostları ilə daimi ünsiyyət qurmaq üçün WhatsApp daha əlverişlidir. Messengerdə isə onların ünsiyyəti müntəzəm olmur. Facebookda adətən kollecə getdiyiniz insanlarla əlaqə saxlayırsınız. Siz onlarla çox yaxın deyisiniz, onların telefon nömrəsini bilmirsiniz, buna görə də, WhatsAppda onlarla ünsiyyət qurmursunuz. Lakin onların ad günündə siz onları təbrik etmək və keflərini soruşmaq istəyirsiniz. Bunun üçün Messengerdən istifadə edirsiniz.” - Zuckerberg News24 Cənubi Afrika agentliyində bildirib.



Hər iki proqramın milyarddan çox istifadəçisi var. Nigeria 18 milyon istifadəçisi ilə Zuckerberg üçün ən böyük Afrika bazardır. O, bildirib ki, “Burada məni sahibkarlıq enerjisi heyran qoydu. Gələcək məhs burada yaradılacaq. Dünya Afrikadan gələn enerjini anlayan kimi, qitə dünyanı dəyişməyə başlayacaq, lakin bunun üçün fəal internetə çıxış təmin olunmalıdır."



“Əgər siz insanları, dostlarınızı və ya qohumlarınızı birləşdirmək və yaxud bir iş görmək istəyirsinizsə, sizin infrastrukturun əsas hissəsi olan internetə çıxışınız olmalıdır", - Zuckerberg deyib.



"Hal-hazırda 60 milyon sahibkarın Facebook səhifəsi var. Biz insanlara, əvvəllər yalnız böyük şirkətlərin malik olduğu bir alət veririk.", - o əlavə edib.