Instagramda hər 4 reklamdan biri videodur. Bunu 2016 ilin ikinci rübü üçün Sensor Tower-in hesabat məlumatları sübut edir.




Tədqiqat nəticəsində həmçinin məlum olmuşdur ki, 2016 ilin yanvar iyun ayları arasında, promoçarxların orta uzunluğu 65% artaraq 15 saniyədən 25 saniyəyə çatmışdır.



Instagramda əsas reklamverənlər aşağıdakı kateqoriyaların nümayəndələri olmuşlar: oyunlar, alış-veriş, əyləncə, sosial şəbəkələr və həyat tərzi.



Facebook, Instagram və Pinterestdə Top 20 mobil reklamverənlər:



Tədqiqatlar göstərdi ki, Facebookda mobil oyun reklamları liderlik edir, Instagramda aparıcı reklam kateqoriyaları oyunlar, alış veriş və əyləncə, Pinterestdə pərakəndə ticarət və alış veriş tətbiqetmələridir.Oyun reklamları vizual xidmətdə yoxdur.



Xatırladaq ki, fevral ayında Instagram 60 saniyə davam edən yeni reklam formatı təqdim etmişdir.