Grey New York reklam agentliyi Volvonun yeni reklam kampaniyası üçün bu markanın indiyədək çəkilmiş məşhur reklam çarxları ilə heç bir əlaqəsi olmayan, poetik fəlsəfi, bədii və hətta haradasa empresyonistik video hazırlayıb.
Yeni çarx Uolt Uitmenin eyni adlı poeması şərəfinə adlandırılmış “Yol mahnısı” adlı 3 dəqiqəlik filmdir. Süjetə görə, yazıçının gecə restoranda masa arxasında əyləşib yeni kitabı haqqında fikirləşir. Ofisiant qız onun yanında oturub nə yazdığı haqda soruşur. Beləliklə, hadisələr restorandan Amerikanın yollarına keçir ki, burada da əsas personaj Volvo avtomobili olur.