Facebook mobil xəbər lentində şaquli videonu dəstəkləyəcək. Bu cür çarxların yüklənməsi imkanı ötən il yaranmışdır. Lakin onlar xəbər lentində kvadrat formatda əks olunurdular. Videoya şaquli orientasiyada baxmaq üçün klik etmək lazım gəlirdi.
Növbəti aydan başlayaraq, reklam çarxları və Live canlı yayımları daxil olmaqla bu videolar şaquli formatda əks olunacaq. Lakin, onlar tam ekranı tutmasın deyə bir qədər kəsiləcək.
Videoya tam ekran rejimində baxmaq üçün klik etmək lazım gələcək. Facebook testləri göstərmişdir ki, mobil istifadəçilər üfüqi videolarla müqayisədə daha çox şaquli videolara baxmağa üstünlük verirlər.
