Apple marka mağazalarının adı dəyişdi. Belə ki, şirkət Apple Store salonlarının adını dəyişərək, Apple sözündən sonra onun yerləşdiyi yerin adını əlavə etmək qərarına gəlib. Məsələn, Apple World Trade Center
, Apple The Grove, Apple Fifth Avenue. Dəyişikliyi şirkətin saytında və son açılan mağazalarında görmək olar. MacRumors məlumatına görə, bütün əməkdaşlar rebrendinq haqqında xəbərdar olunub.
Eyni zamanda, Apple pərakəndə şəbəkəyə yanaşmasını da dəyişir. Apple mağazası artıq yalnız iPad və Mac satılacaq bir yer olmayacaq. Mağaza qonaqlara istirahət zonası, nəhəng videoekran, çoxlu yaşıllıq kimi xidmətlər təklif edən ünsiyyət yerinə çevrilməlidir. Məsələn, San-Fransiskonun flaqman mağazasında personalın məsləhət və texniki dəstək verdiyi Genius Bar bölməsi, Genius Grove – müştərilərin ağacların kölgəsində oturub mütəxəssislərlə ünsiyyət qurub, əla vaxt keçirə biləcəyi məkana çevrilib. Plaza çıxışların keçirilməsi və digər ictimai tədbirlər üçün xidmət edəcək.
Apple mağazası cazibə yeri, ünsiyyət yeri kimi nəzərdə tutulur, yeni məhsulun alınması isə içəri girmək üçün bir bəhanə olur. Şirkət anlayır ki, smartfonlar dövründə ənənəvi mağazalar əvvəlki kimi əhəmiyyətli bir yer deyildir. Smart pərakəndələr ticarət nöqtələrini istehlakçılara müsbət təcrübə təklif edəcək əyləncə vasitələrinə çevirir. Bununla onlar marka ilə auditoriyanın əlaqəsini gücləndirir, Forbes icmalçısı Richard Kestenbaum deyir.
Dəyişikliklər xıra detallara olan diqqət və qayğısı ilə seçilən Apple-ın siyasətinə tam uyğundur. İndi Steve Jobsun perfeksionistliyi yeni səviyyəyə qalxır. Bundan əlavə, Apple-ın fikirləri biznes baxımından məntiqi görünür. Çünki, nə Gucci, nə də Walmart ilə Target öz şəbəkələrinin adına “store” əlavə etmir.

