Bir neçə həftə əvvəl Apple 12,9 düymlü iPad Pro-nu stolüstü kompüterin tam əvəzedicisi kimi qələmə verən reklam çarxı buraxdı. İ - şirkət hesab etdi ki, “ağıllı” üzlük-klavyatura Smart Keyboard və Apple Pencil qələmi PK-nın alternativi kimi heç də pis deyil.
Uzun müddətdir ki, Apple məhsullarına gülmək kimi marketinq kampaniyası aparan Microsoft yenidən rəqibi lağ etmək imkanını əldən vermədi. Windows yaradıcısı qeyd edib ki, iPad Pro-nun sadəcə klaviaturası yaranıb deyə onu kompüter adlandırmaq olmaz.
Microsoft marketoloqları i-planşetin zəif nöqtələrinə toxunublar: aşağı hesablama gücü, masa üstü tətbiqetmələri çalışdıra bilməməsi və USB-portun olmaması. Planşet və noutbukun hibridi olan – Surface Pro 4 “iPad”lə qarşı qarşıya qoyulub.
Microsoft və Apple uzun müddətdir ki, öz aralarında "reklam" müharibələri aparır. Məsələn, 2000 illərin ortalarında Apple "Get a Mac" virus kompaniyasını buraxaraq, “makların” Windows kompüterlərdən üstünlüyünü sübut etməyə çalışdı. 80 çarxdan ibarət “serialda” PK rolunu orta yaşlı kostyumlu kişi (John Hodgman), Mac-ı isə cins geyinmiş “yaradıcı” gənc (tanınmış komediya aktyoru Justin Long) oynayırdı. Microsoft da dəfələrlə "iPhone"a istehza edərək Apple kompüterlərinin "geri qalmışlığına" işarə edib, Apple-ın zarafatlarına cavab verirdi.