Nike reklam çarxlarında maraqlı tarixçəyə malik idmaçıları çəkməyə davam edir. Yeni reklam çarxının qəhrəmanı triatlonla məşğul olan 86 yaşlı rahibə Madonna Bader oldu. Bu növ idman 3 etapdan ibarətdir: qaçış, üzgüçülük və veloyarış. Baderi tez-tez “Dəmir Rahibə” (Iron Nun) adlandırırlar. O, 4 km üzmə, 180 km velosiped yürüşü və 42 km qaçışdan ibarət Ironman uzun məsafə triatlonunda 45 dəfə iştirak edib. Videoçarxda Baderin 46-cı dəfə iştirak edəcəyi Ironman yarışlarına hazırlığı göstərilir.



Rahibə idmanla 47 yaşından məşğul olmağa başlayıb. O, özünün ilk triatlonunu 1982 ildə 52 yaşında keçirib. Bader rəsmi olaraq ən yaşlı triatlonçu kimi tanınır. 2008 ilədə Madonna Pentiktonda ayrılmış vaxt ərzində yarışmanı bitirə bilmədi, lakin 2009 ilin 30 avqust tarixində finişə vaxtında gəlməyi bacardı, o zaman onun 79 yaşı var idi.



Nike-ın fikrincə bu tip çarxlar bütün dünya idmançılarını öz baryerlərini aşmağa və daha böyük arzulara ilhamlandırmalıdır.