Özünü "Daha yaxşı bir dünya iqtisadiyyatı üçün qlobal hərəkat" kimi qələmə verən SumOfUs müstəqil təşkilatı, Pepsinin 1992 ildə Sindy Kraufordun iştirakı ilə çəkdiyi reklam çarxını parodiya edən çarx təqdim edib. Orijinal videoda olduğu kimi qız benzin doldurma stansiyasından Pepsi Crystalı alır və içməyə başlayır. Tədricən içki rəngini dəyişərək sarı və qatı olur.



Videonun sonunda Pepsinin hələ də öz içkilərini palma yağı ilə istehsal etdiyi haqqında yazı görünür. SumOfUs bu inqridientin istifadəsinə qarşı ərizə imzalamağı təklif edir.



Təşkilatın məlumatına görə, PepsiCo hər il 470 min tondan çox palma yağı alır, yalnız ona görə ki, bu yağ öz analoqlarından daha ucuzdur. SumOfUs iddia edir ki, bu yağın kütləvi istehsalı tropik meşələrin qırılmasına heyvan populyasiyalarının azalmasına gətirib çıxarır.