Gələn il yaradıcılar “Tesla 3” elektromobilini buraxmaq niyyətindədirlər. İstehsalçıların planına əsasən, yeni model əlavə doldurulma olmada 320 km məsafə qət edə biləcək.
Modelin dəyəri təşminən 35 min dollara qiymətləndirilir. Yaxın gələcəkdə şirkət elektromobili kütləvi bazara çıxarmağı planlaşdırır.
Eyni zamanda, Alman istehsalçısı "BMW" reklam kampaniyasında öz modelini "Tesla"ya qarşı qoyur. Belə ki, şirkət hibrid "BMW"nin artıq satışda olduğunu və bunun, istehsalı gələcəkdə nəzərdə tutulan naməlum avtomobildən daha alternativ olduğunu öz reklam çarxında bildirir.
Sedan «BMW 330 E" böyük üstünlüklərə malikdir: o bir neçə saniyə ərzində 100 km / saat qədər sürət yığa bilir və onun yanacaq təchizatı 600 km məsafə üçün kifayət edir. Nəzərə almaq lazımdır ki, avtomobili elektromühərrikin köməyi ilə də idarə etmək mümkündür. Bu halda, o 40 km məsafəni 125km / saat sürətlə qət etmək imkanına malikdir. Gücləndirilmiş naviqasiya sistemi nə vaxt elektromühərrikdən və nə vaxt benzin mühərrikindən istifadə etmək lazım olduğunu özü müəyyən edir.