Samsung Electronics Co. bu həftə yeni Samsung Galaxy Note 7 flaqman smartfonunu təqdim etdi.
Korpus və displey
Smartfon üç rəng çalarında: qara briliant, parlaq platin və gümüşü titan olacaq.
Cihazın korpusu 7000 seriyalı aliminium ərintisindən ibarət olacaq. Smartfonun parametrləri 153,5 x 73,9 x 7,9 mm, çəkisi isə 169 qramdır.
SuperAMOLED texnologiyası ilə hazırlanmış ekranın dioqanalı 5,7 düym, ölçüsü 2560x1440 (518ppi) olacaq. Ekran Corning Gorilla Glass 5 bərkidilmiş şüşə ilə qorunacaq. Smartfonun ön və arxa panellərində əyri şüşəli simmetrik dizayndan istifadə olunduğu qeyd olunur.
Yeni smartfon və onun elektron qələmi S Pen, IP68 standartına uyğun sudan və tozdan tam müdafiə olunur. Şirkətin press-relizində bildirilir ki, qələmin (ucunun diametri 0,7mm) köməyi ilə söndürülmüş ekranda belə "seçmək və saxlamaq" funksiyasından istifadə edərək GIF-animasiyalar yaratmaq, istənilən mətni tərcümə etmək (sözü seçdikdə smartfon avtomatik olaraq dili müəyyənləşdirir və onu tərcümə edir) mümkün olacaq.
"Note7S-Pen" qələmi yeni iş rejimlərinə adaptasiya olunmuş Grace UI interfeysi qazanıb. S-Pen ilə yaradılmış qeydlər, cizgilər və təsvirlər S Notes proqramında saxlanılır.
Prosessor, kamera, batareya
Yeni smartfon səkkiznüvəli prosessordan (4 nüvə x 2.3 GHz + 4 nüvə x 1.6 GHz) ibarətdir. Cihazda 4 GB operativ yaddaş vardır. Əvvəlcədən qurulan minimum yaddaş həcmi - 64 GB. Eyni zamanda microSD yaddaş kartları üçün slot vardır. Ümumilikdə yaddaşı 320GB qədər genişləndirmək mümkündür.
Smartfonda 2 kamera var: 12Mp Dual Pixel əsas kamera və 5 Mp frontal kamera. Qeyd edilir ki, yeni smartfonda HDR-video çəkmək mümkün olacaq.
Akkumulyator tutumu 3500mAch olmaqla, sürətli doldurma texnologiyasını dəstəkləyir, lakin monolit korpusa görə siz onu özünüz dəyişə bilməyəcəksiniz. Qeyd etmək lazımdır ki, Samsung Galaxy Note 7 USB Type-C bağlayıcı ilə təchiz olunub ki, bu da ona kabeli istənilən tərəfdən daxil etməyə imkan verir.
Göz skaneri
Smartfonun əsas yeniliklərindən biri, ekranın mərkəzinə baxmaqla cihazın kilidini açmağa imkan verən göz skaner oldu. Cihaz göz qişasını tanıdıqdan sonra smartfonun kilidi açılır. Bu texnologiyanın köməyi ilə həmçinin, proqramlara girmək və Samsung Pay servisində ödəniş etmək mümkün olacaq. Qeyd edildiyi kimi, barmaq izləri skanerindən (cihazda bu funksiya da mövcuddur) fərqli olaraq, göz qişasının unikal təsvirini təqlid etmək mümkün olmayacaq.
Cihaza inteqrasiya olunmuş digər sensorlardan - barometr, giroskop, geomaqnit sensoru, Hall sensoru (kontaktsız idarəetmə və s. funksiyalar), ürək ritmlərini ölçən sensor, yaxınlaşma sensoru, həmçinin RGB işıqlandırma sensorunu qeyd etmək olar.
Yeni flaqmanda məlumatları daha yaxşı qorumaq üçün iki əlavə funksiya - mühafizə olunmuş qovluq və Samsung Pass olacaq.
Dünyanın bir çox ölkələrində satışlar 19 avqustda başlayacaq.


