Bu ilin II rübündə Facebook-un gəlirləri 59% artaraq, 6.44 milyard dollar olub. Gəlirin əsas hissəsi - 84% mobil reklamın payına düşür. Şirkət il ərzində bu tip reklamın payını ciddi şəkildə artırdı, 2015-ci ilin II rübündə sosial şəbəkənin bütün gəlirinin 76%-i onun payına düşmüşdü. Facebook-un hər istifadəçi başına düşən gəliri bir il əvvəlki 2.76 dollardan 3,8 dollaradək artmışdır.



Facebook-un xalis mənfəəti hesabat dövrü ərzində təxminən üç dəfə artmışdır. Mənfəət 186% artaraq, 2,06 milyard dollar olmuşdur. Bununla belə, cari ilin I rübündə xalis mənfəət artımı daha nəzərəçarpacaq dərəcədə - 195% olmuşdur. Bu ilin həm I rübündə, həm də II rübündə artım drayverinin səbəbi reklam gəlirlərinin çoxalması – 57% I rübdə, 63% II rübdə olmuşdu. Şirkətin ötən hesabatında da həmçinin, Facebook-un reklam qiymətinin - orta hesabla 2016-ci ilin ilk üç ayında 5% artımı haqqında məlumat verilmişdir.



Facebook 2016 ilin II rübündə aylıq auditoriyanın artımı haqqında hesabat verərək, bu artımın 1,71 milyard insan olduğunu bildirmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur. Şəbəkənin gündəlik auditoriyası 1,13 milyard insan, aylıq mobil auditoriya 1,03 milyard istifadəçi (illik artım 22%), gündəlik auditoriya isə 1,57 milyard insan (20% artım) olmuşdur.



Facebook həm ABŞ-da, həm də dünyada internet reklam bazarının əsas oyunçulardan biridir. Bazar payına görə şirkət yalnız Google-dan geri qalır. Bununla bərabər eMarketer analitik şirkətinin məlumatına görə, Facebook-un bazar payı artır və Google-un payı isə azalır. eMarketer-in ehtimalına görə 2015 ilin nəticələrinə əsaslanaraq, Facebook internet reklamın dünya bazarındakı payını 10,7%-dən 12%-dək artıracaq, Google isə 33%-dən 31%-dək azaldacaq.



Facebook və Google ABŞ-da da bu bazarda liderdir. eMarketer-ə görə, 2015-ci ildə onlar bazarın yarısından çoxuna - 52,3% nəzarət etmişlər. Google-un payı 32,9% və ya 10,02 milyard dollar, Facebook-un payı isə 19,4%, və ya 5,9 milyard dollar olmuşdur. 2016-cı ildə ABŞ bazarında Google və Facebook payı bir qədər azalacaq – uyğun olaraq 31,7% və 19,2% olacaq. 2017-ci ildə onlar 31,7% və 20,3% təşkil edəcək. Bütün Amerika bazarı bu il 42,01 milyard, 2017-ci ildə isə 50.8 milyard dollaradək yüksələcək.



Facebook mobil auditoriyanı uğurla monetizasiya edə bilir. İstifadəçi sayı 500 milyonu ötən Instagram kimi servisləri alması ona bu işdə yardımçı olur. eMarketer-in proqnozuna görə, Instagram-ın bu il reklamdan gələn gəliri 570 milyon dollar, 2017-ci ildə isə 4 dəfə artaraq 2,39 milyard dollar və ya Facebook-un bütün reklam gəlirlərinin 28%-ni təşkil edəcək. Həmçinin, eMarketer-in proqnozuna görə, Facebook Instagram sayəsində banner reklam bazarında öz payını artıracaq.