The Mill britaniya studiyası avtomobil videoçarxların çəkilməsini asanlaşdırmaq üçün Blackbird adlı elektromobil hazırlayıblar. Maşın kompüter qrafikası köməyi ilə öz ölçü və nisbətini dəyişə bilir ki, bu da ona istənilən modelə “çevrilməyə” imkan verir.
Şirkətdə deyilir ki, onlar avtomobil reklamının ən çətin məqamlarından birini həll etməyə müvəffəq olublar. “Biz ilk dəfə olaraq, istənilən avtomobili faktiki iştirakı olmadan çəkmək imkanı əldə etmişik”, -The Mill qeyd edib.
Dairəvi görünüş kamerası və üç ölçülü lazer skanerin köməyi ilə Blackbird çəkiliş qrupuna elektrokarın üzərinə “keçmiş, indiki və gələcəyin” istənilən modelinin virtual şəklini "qoymağa" kömək edir.