KFC “Blink” digital-agentliyi ilə birlikdə Hindistan bazarı üçün qeyri-adi aksiya hazırladı. Mumbai və Dehli şəhərlərinin ticarət nöqtələrində içərisinə smartfonlar üçün adapter yerləşdirilmiş toyuq naqets və hamburger qablaşdırmalarını təqdim edib.
Watt-A-Box adı almış adapterli “lançboks”lar KFC-nin sosial şəbəkələrində oynanılmış, bəziləri isə seçilmiş restoranlarda müştərilərə hədiyyə olunmuşdur. KFC-nin şərhinə görə, şirkət bununla burgerin sadə kağız qutusuna faydalı bir element əlavə etmək istəyib. “Hər bir insan öz smartfonunda gününün bir neçə saatını sərf edir və batareyanın boşalması bir dəhşət kimi gəlir. Watt-A-Box bunu düzəltmək üçün nəzərdə tutulmuşdur"-, KFC-nin hindistan bölmələrinin marketinq direktoru Luis Ruiz Ribot bildirib.
Lakin, bu ideya hindistan sakinlərinin hamısının ürəyincə olmadı. Belə ki, çoxlarının fikrincə bu yolla KFC, onsuzda bu ölkə üçün böyük problem olan zibilliyi bir qədər də artıracaq.