Dünya brendləri arasında ən məşhur futbolçu Lionel Messi artıq Argentina milli komandasında oynamayacağını bildirib və milli komandadan istefa verib. Argentina millisi Amerika kubokunun finalında artıq ikinci dəfədir ki, məğlub olur. Bu isə Messi üçün çox ciddi zərbə oldu.
Messi dünyanın ən yaxşı futbolçularından hesab olunur. 2015 ildə Messi reklam müqavilələri üzrə gələn gəlirlərdə Kriştian Ronaldonu ötdü. Reklam daxil olmaqla ötən il Messinin ümumi illik gəliri 65 milyon avro təşkil edib. Oyunçunun ən yaxşı reklam çarxlarını xatırladaq.
Adidas və Messi
"Adidas"ın Messi ilə "The new Speed of Light" adlı daha bir çarxı
Bu video Messinin ən təsirli reklamı adlanır. Burada futbolçu yeni Samsung smartfonunun texniki imkanlarından istifadə edərək, şəhərin yoxsul ərazilərində uşaqlar üçün futbol sahəsi qurur.
Gatorade – “PepsiCo”nun istehsal etdiyi energetiki çki markasıdır. Videoda Messinin karyerasının ən məşhur anları göstərilir.
Aviaşirkət məşhur futbolçunun iştirakı ilə təyyarədə davranış qaydaları haqqında film nümayiş etdirdi.
Ooredoo telekommunikasiya şirkəti 2014 ildə Messinin iştirakı ilə, texnologiya vasitəsilə küçə uşaqlarının, hətta Messini futbolda uda bilməsi mümkünlüyü haqqında motivə edən film çəkdi.
EA videooyun yaradıcıları baş rolda Messi olan FİFA oyunlarının reklam çarxını çəkdi.
Turkish airlines şirkətinin çəkdiyi, Lionel Messi və onun dostu basketbolçu Kobe Brayantla səyahəti haqqında məzəli çarx.
Türk Hava Yollarının Messi və Kobe ilə daha bir təsirli videosu: Balaca oğlan kimdən avtoqraf alacağını seçə bilmir. Sonda isə dondurmanı seçir.
“Gillette”in Messi və tenisçi Rocer Federer ilə daha bir kreativ video çarxı.