Interpublic Group-un IPG Mediabrands media innovasiya bölməsi ən dinamik inkişaf edən dünya markalarının adını açıqlayıb. Siyahıya Google başçılıq edib, ikinci və üçüncü yerləri isə müvafiq olaraq, Amazon və Samsung tutub.



IPG Mediabrands dünyada 100 ən dinamik şirkətlərin reytinqini – D100 tərtib edib. Siyahının tərtib olunmasında 5 əsas bazarda – ABŞ, Böyük Britaniya, Almaniya, Çin və Hindistandan olan 10 min istifadəçinin rəyi nəzərə alınıb. Tərtibatçılar sənayenin tələblərinə cavab verə biləcək yeni brend-metriklər yaratmaq istəmişlər. Bundan başqa onlar qeyd edir ki, bu gün yüksək çəkisi olan markalar, sabah tamamilə dəyərini itirə bilər, 5 il əvvəl haqqında heç kimin eşitmədiyi şirkətlər isə bazarda 10 illərlə mövcud olan nəhəngləri ötüb keçə bilər.



Nəticədə, dünyanın ən dinamik inkişaf edən 10 markası aşağıdakılardır:



1. Google


2. Amazon


3. Samsung


4. Nike


5. Intel


6. NASA


7. BMW


8. Mercedes-Benz


9. Audi


10. Lenovo



Markaların tam siyahısına buradan baxa bilərsiniz.



D100 reytinqində aşağıdakılar nəzərə alınıb:



Çeviklik - markanın dəyişən bazar şərtlərinə uyğunlaşma dərəcəsi;


Cavab - markanın müştərinin ehtiyaclarını dinləmək və rəy vermək dərəcəsi;


Innovativlik – brendin innovativ məhsul və xidmətlərin yaratması və yeni texnologiyaların tətbiq dərəcə;


Rabitə bacarıqları - marka sosial media və auditoriya ilə işləməsi.