2016-cı il Futbol üzrə Avropa Çempionatının sponsorları futbol mövzusunda çoxlu videoçarxlar hazırlamışlar.



Carlsberg azarkeşlərin matçda iştirak cəhdlərini inqilab kimi göstərib.





Coca-Cola azarkeşlərə matçı canlı izləməsi üçün Paris turu udmaq şansı verdi.





Hyundai baba və nəvənin Avro 2016-ya getməsi haqqında təsirləndirici videoçarx təqdim etdi.





Kia Motors – futbol ulduzları ilə bir meydançada futbol oynamaq arzusu olan bir oğlandan danışdı.





Nike Kriştian Ronaldonun iştirakı ilə videoçarx təqdim etdi.





Türk Hava Yolları “Avropada ən yaxşını qarşıla” kampaniyasına başladı.





40 il müddətində Fransa yığmasının bütün oyunlarının partnyoru olan Crédit Agricole futbol fanatları haqqında video təqdim etdi.







Hisense şirkətinin Fransa filialı animasiya çarxı təqdim etdi





Leo Burnett Moscow agentliyi “Baltika 7” üçün bir neçə video hazırladı