Altı dəqiqəlik videoçarxda Portuqaliya superulduzu Kriştian Ronaldonun futbol fanatı ilə toqquşmadan sonra kasıb ingilis ailəsindən olan 16 yaşlı yeniyetmənin bədəninə girməsindən söhbət gedir. Həmin oğlan da öz növbəsində Ronaldonun həyatını yaşamağa başlayır.
Videoda tamaşaçılar təkcə qeyri-adi komik hekayəni deyil, həm də çəkiliş texnikasının çoxsaylı effektlərini və maraqlı detallarını izləyə bilərlər. Film 5 dəqiqə 57 saniyə davam edərək, Nike-in tarixində ən uzun reklam çarxı hesab olunur.
Çəkilişlər məşhur rejissor Rinqan Ledvicin rəhbərliyi altında keçirilib. İspaniyada reallaşan çəkilişlər 5 gün davam edib və Nike-ın dediyinə görə bu layihə 31 yaşlı Ronaldonun indiyədək brendlər üçün etdiyi “ən iri miqyaslı iş” olub.