Fransada futbol üzrə Avropa çempionatı və Rio-de-Janeyroda olimpiada ərəfəsində Booking.com şirkəti "İdman yayı" reklam kampaniyasına başlayıb. Kampaniyanın siması brendin nümayəndəsi olan Tieri Henri oldu.



Tieri Henri Booking.com-un qlobal yay kampaniyası çərçivəsində, brendin ”Oyun başlayır” ("Get in the game") adlı yeni reklamında görünəcək. Onun məqsədi - Booking.com-da səyyahlara, onların maraqları və şəxsi üstünlükləri əsasında seçilmiş mükəmməl yaşayış variantı tapmağa kömək etməkdir. Bundan başqa, Tieri yay ərzində Booking.com-un bir sıra tədbirlərində iştirak edəcək.





"Futbol sevgisi mənim üçün bütün dünyanı açdı, - Tieri Henri deyir. - İdman Karyerası mənə dünyanın müxtəlif yerlərini ziyarət etmək imkanı yaratdı. Mən uşaq ikən hətta arzulamağa cürət etmədiyim ölkələri gəzdim. Və bütün bunlar idmana olan sevgim sayəsində oldu. Mən ən qeyri-adi yerlərdə yaşadım, çox gözəl insanlarla rastlaşdım, ekzotik yeməklərin dadına baxdım və bütün bunlar mənim həyatımı dəyişdi. Mən çox sevinirəm ki, Booking.com-un sayəsində bunları bütün dünya ilə bölüşə bilərəm.”



“Biz Tieri ilə işləməkdən məmnunuq. Səyahət də idman kimi insanın həyatını dəyişə bilər. Biz Tieri ilə birlikdə insanlara əvvəllər heç düşünmədikləri səyahətlər haqqında ideyalar vermək və onları buna ruhlandırmaq istəyirik.” – deyə Booking.com-un marketinq direktoru Pepayn Rayvers bildirib.