Instagram biznes səhifələrə daha ətraflı analitika təqdim edəcək. Sosial mediada aktiv olaraq iştirak edən bir çox şirkət əslində Facebook səhifələrindən və statistik paneldən onları necə bir şeyin gözlədiyi təxmin edə bilər, çünki Instagram profilləri də bənzər xüsusiyyətləri ehtiva edir.
Instagram Business Tools adını verdikləri bu xüsusiyyət 3 əsas hissədən ibarətdir.
Biznes səhifələri (Business anketlər)
Statistikalar (Insights)
Önə çıxarma (Promote)
Biznes səhifələri
Şirkətlər "business profile" xüsusiyyətini pulsuz olaraq istifadə edə biləcəklər. Bu modelin onlara verəcəyi ən böyük funksiya, potensial müştərilərinin onlarla necə əlaqə quracağını seçə bilmək olacaq. İstifadəçilər şirkətlə mail yoluyla, sayta yönələrək və ya mesajla ünsiyyət qurmalarına imkan verəcək olan düymələrlə təmin ediləcək.
Statistikalar
Artıq “Instagram”da sizi təqib edən kəslər haqqında daha çox məlumat sahibi olacaqsınız. Belə ki, burada demoqrafiq göstəriciləri, abunəçilərin yeri haqqında informasiya, onların aktiv olma vaxtlarını və ən məşhur postlar görünəcək.
Önə çıxarma
Paylaşımlarınızı daha təsirli ola bilməsi üçün yeni bir reklam modeli olacaq. Paylaşımlarınızı təşviq edəcək düymələr əlavə olunan bu model sayəsində önə çıxarmaq istədiyiniz postlar sizə daha müsbət dönüşlər verəcək.


