İsveçrə saat istehsalçısı IWC Schaffhausen istifadəçilərin virtual səmaya öz mesajını göndərə biləcək, Skywriter interaktiv digital-kampaniyaya start verib.
Uçuş üçün istifadəçilərə IWC Pilot’s Watches kolleksiyasına daxil olan 4 saat ailəsini simvolizə edən 4 model təyyarələr təqdim olunur. Personallaşdırılmış mesaj verilmiş trayektoriya üzrə, seçilmiş hava gəmisi ilə virtual uçuşdan sonra səmada görünəcək. Mesajı Facebook, Twitter, LinkedIn, Google+, WhatsApp, Weibo və Instagram vasitəsilə paylaşmaq mümkündür.
Kampaniya Pilot’s Watches lüks sinfi saatlar kolleksiyasının reklamı məqsədini daşıyır.
Virtual uçuş etmək və öz mesajını yaratmaq üçün, xüsusi yaradılmış saytı ziyarət etmək lazımdır. Yeni platformanın interfeysi WebGl veb-texnologiyası əsasında yaradılmışdır ki, bu da proqramı yükləmədən, istənilən cihaz və brauzerdə 3D qrafikanı əks etdirməyə imkan verir.