Sony şirkəti məşhur Uncharted-in davamı üçün promoaksiya keçirib. Oyun diskini qazanmaq üçün azarkeşlər qorxularına qalib gələrək, ilanların əhatəsində oyunu oynamalı idilər.



Mayın 10-da PlayStation konsollar üçün xüsusi olaraq yaradılmış Uncharted 4 oyununun təqdimatı oldu. Və bu yenilik pulsuz disk qazanmaq istəyən video oyun həvəskarlarının ürəklərini daha sürətli döyünməyə məcbur etdi.



Ticarət mərkəzlərinin birində iki hissəyə bölünmüş kabina yerləşdirilmişdi. Uncharted 4: A thief’s end-i qazanmaq istəyənlər başlarını içərisində ilan, hörümçək, böcəklər olan kabinaya salıb oyunu oynamalı və qalib gəlməli idilər.





PlayStation-nın rəqibi Xbox isə 2015-ci ilin payızında fanatlarına ekstremal şəraitdə test oyunları təşkil etmişdir. Səkkiz nəfər Rise of the Tomb Raider oyununun motivləri əsasında yarış keçirmişdir. İştirakçılar Londonun mərkəzində quraşdırılmış billboard üzərində “dözülməz” şəraitdə mümkün qədər çox qalmalı idilər.