İnsan hüquqları təşkilatı “Save The Children” anti-müharibə kampaniyası çərçivəsində yeni bir video buraxdı.



İnsan hüquqları təşkilatı “Save The Children”, Suriya münaqişəsinin qurbanı olan uşaqlara cəmiyyətin diqqətini çəkmək məqsədilə, 2014-ci ildə başladığı məşhur kampaniyasının davamını nümayiş etdirdi. Yeni videonun konsepsiyasını iki il əvvəl olduğu kimi bu dəfə də Don't Panic london agentliyi hazırladı.



Still The Most Shocking Second a Day videosunun əsas qəhrəmanı yenə də Lili adlı ingilis qız oldu. Çarxın müəllifləri onun 2014-cü ildəki hekayətinə qayıdaraq, onun növbəti ildəki həyatını göstərdilər.



2014-cü ildə buraxılan videoçarxda yaradıcılar müharibənin avropa ölkələrinə gəlib çatdığını təsəvvür etmiş və bu zaman Lilinin nümunəsində hərbi münaqişə zonasında olan uşaqların çiyinlərinə düşən ağırlığı və çətinlikləri göstərmişlər.



Yeni videoçarxda balaca qızın hekayəti davam edir və o öz soydaşları ilə birlikdə sığınacaq axtarışda təhlükəli səyahətə çıxır. Lakin başqa ölkədə o heç də xoş qarşılanmır və məlum olur ki, onun gələcəyi yoxdur.



“Biz ümid edirik ki, “Still The Most Shocking Second a Day” videoçarxı tamaşaçılara xatırladacaq ki, hərbi münaqişə zamanı uşaqlar çox əziyyət çəkirlər. Bizim məqsədimiz - hətta evdən uzaqda belə onları sığınacaq, təhsil, yaxşı qida, o cümlədən lazım olan hər şeylə təmin etməkdir" - deyə Don't Panic təşkilatının direktoru Co Ueyd bildirib.



Xatırladaq ki, Save The Children şirkətinin birinci çarxı TOP-20 onilliyin ən yaxşı videoçarxları sırasına daxil olmuşdur.






2014 ilin videoçarxı