Olimpiya Oyunları ərəfəsində şirkət “Ana, təşəkkür edirəm!” qlobal lahiyə çərçivəsində video çarx buraxdı. Rio-de-Janeyroda keçiriləcək 2016 Olimpia oyunlarına 100 gün qalmış "Procter & Gamble" şirkəti “Ana, təşəkkür edirəm!” qlobal lahiyə çərçivəsində video çarx buraxdı. Dünya istehlak mallarının ən böyük istehsalçısı olan "Procter & Gamble" ən yüksək zirvələri fəth etməyə kömək edən ana məhəbbətinin gücünü göstərdi.



"Strong" (güclü) videoçarxı, 4 idmançı və onların anasının uşaqlıqdan başlayaraq, ən mühüm ana – Olimpiya oyunlarındakı çıxışlarınadək olan hekayətini göstərir. Videonun məqsədi – kiməsə güclü olmağı öyrətmək üçün özünün daha güclü olmağının vacibliyini çatdırmaqdır. Məhs ana məhəbbəti idmançılara bütün təhlükə və çətinlikləri dəf edərək, ən yüksək zirvələri fəth etməyə kömək edir.



"Procter & Gamble" şirkəti “Ana, təşəkkür edirəm!” lahiyə çərçivəsində idmançıların analarını dəstəkləmək niyyətindədir. Bu kompaniya 21 ölkəni, o cümlədən Kanada, Çin, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və s. əhatə edəcək.



Qeyd edək ki, bu tip layihə şirkətin ilk layihəsi deyil. Belə ki, "Procter & Gamble" şirkəti, 2012 il London və 2014 il Soçi olimpiya oyunları ərəfəsində idmançıların analarına dəstık videoçarxları buraxmışdır. 2012-ci ildə layihə hərarətlə qarşılanmış və bir çox mükafatlar qazanmışdır.