Bu yazımda "Facebook"un iki dəyəri: Engagement rate (ünsiyyət dərəcəsi) və "Post reach"dən söz açacam. Bildiyimiz kimi Qarabağ konflikti əsas gündəmimizdi. Kim Kardashianın paylaşdığı bir post yarım milyondan çox bəyəni topladı. Və Amerikada mövzunu top trendə düşə bildi. "Instagram"da paylaşımların istifadəçilərə çatma nisbətini yüksək saymaq olar. Bir çox SMM dostlarımız səhifədə edilən paylaşımların daha az insana çatdığından gileylənirlər.



Screen Shot 2016-04-12 at 13.13.54



Son 1 ildə Facebookda post reach 6% azalmışdır. 2013-cü ilin Oktyabr ayından isə 49% azalma müşahidə edilib. Təbii ki, bunun 2 əsas səbəbi var. İlk olaraq Facebookda 18 milyondan çox biznes səhifəsinin olması… Hansıki bunlar istifadəçinin xəbər lentində yer almaq üçün bir-birləri ilə mübarizə aparırlar. İkinci səbəb isə Facebook sosial şəbəkəsinin reklamlara olan əhəmiyyətini artırmaqdır.



"Quick Sproutun" verdiyi bir məlumatı sizlə bölüşəcəm. Ortalama "organic reach" (reklamsız postun çatdığı istifadəçi miqdarı) 7 %-dir. Amma bu səhifə istifadəçilərinin sayından aslıdır. Səhifə istifadəçilərinin sayı 10 000-nə qədərdirsə "page reach" 11%-dir. Əgər 10 000- 99 999 arasındadırsa, 6%-dir. 100 000 çoxdursa "organic reach" 5%-dir. Təbii ki, istifadəçilərin aktiv olduğu "peak time" və ya linkdən daha çox şəkil paylaşmaqla "post reach" səviyyəsini artırmaq olar.



Engagement rate



Engagement rate: məzmununuzun auditoriyanız tərəfindən nə qədər bəyənildiyini göstərir. "Engagement rate"ə təsir edən faktorlar: istifadəçi şərhləri, bəyənmə və paylaşımlardır. Səhifənizi minlərlə adamın bəyənməsimi, yoxsa səhifənizdə yayınladığınız kontentlərinizlə istifadəçilərinizlə qarlılıqlı ünsiyyətə keçməsimi daha əhəmiyyətlidir?



Şirkətlər üçün bəyənmə miqdarının yüksək olması çox əhəmiyyətlidir. Səhifələrini bəyənlənlərin sayı nə qədər yüksəksə, sosial mediada o qədər müvəffəqiyyətli olduqlarını zənn edirlər. Rəqiblərin səhifələrindəki istifadəçi sayına baxıb, əgər zəifdirsə bununla üstünlüklərini təmin etdiklərini düşünürlər. Halbuki reallıq başqadır. Səhifənizi bəyənmə sayının on minlərlə olması, yaratdığınız kontentlər ünsiyyət yaratmırsa əhəmiyyətsizdir.



Engagement rate necə hesablanır?



Məsələn, Facebook sosial şəbəkəsində da Kapital bankın səhifəsini əsasən 287,680 istifadəçi təqib edir. 1 ay içərisində cəmi 30 məzmun paylaşılır. Və buna uyğun olaraq səhifə 15200 bəyənmə, 278 şərh, və 2024 paylaşım almışdır. Daha sonra aşağıdakı formula gərəkli yerlərə rəqəmləri yazıb nəticəyə gələbilərsiniz.



engagement-rate



(15200+2024+278)/30/287680×100= 0,2


Göründüyü kimi Engagement rate səviyyəsi 6-dır. 1-2% arasına olan nəticələri müvəffəqiyyətli saymaq olar…