"Coca-Cola"nın əfsanəvi reklam çarxı olan Hilltop İtaliyada McCann-Erickson agentliyi tərəfindən 1971-ci ildə çəkilmişdi. Reklam çarxında mədəniyyət müxtəlifliyi əks olunub. İnsanlar "mən dünyaya oxumağı öyrətmək istəyirəm" mahnısını səsləndirmək üçün bir araya toplanıb. Həmin illərdə bu reklam çarxının musiqisi hitə çevrilmişdi. Reklam çarxının orijinal kadrları isə hal-hazırda Konqres kitabxanasında saxlanılır. Sözügedən reklam çarxının yenilənmiş versiya isə "dəli" serialının finalında təqdim olundu. 44 ildən sonra reklam çarxı yenə fenomenə çevrildi.