Qadın idman geyimi olan "Adidas"ın bazarda böyüməyə davam etməsi markalar üçün böyük əhəmiyyət daşıyır. Nike, Adidas və Under Armour kimi bəzi markalar son bir neçə ildir ki, reklamlarında bu inkişafı əks etdirməyə başlayıb. Adidas da ötən ay bir qrup, həyəcanlı və elastik qadın profilni izah edən, yeni qısa film ardıcıllığını təqdim etdi. Reklam kampaniyası "I`m Here to Create" adlanır.
Sözügedən reklam kampaniyasında tennis oyunçusu Caroline Wozniacki, WNBA all-star oyuncusu Candace Parker, DJ Hannah Bronfman, küçə idamançısı Robin Arzon və fitness mütəxəsisi Nicole Winhoffer rol alıb. Davamında yayımlanan reklam filmlərində isə model Karlie Kloss, tennis fenomeni Morgan Brian, tennis oyunçusu Ana Ivanviç və daha bir çox məşhur idmançı qadınlar yer alıb. 72andSunny agentliyi tərəfindən hazırlanan reklam kampaniyasında markanın məqsədi gerçək qadın idmançılarının real hekayələrini gözlər önünə sərməkdən ibarətdir. Təqdim olunan reklam çarxlarında qadınların idmanın bütün sahələrinə meydan oxuduqlarını və özlərini ifadə edə bildiklərini də təqdim edir.
