Markaların təsir yaradıb bir çox insan tərəfindən izlənilməsini təmin etmək olduqca çətin bir işdir. Lakin doğru zamanda və ağıllıca yaradılan dizaynlar və bir az da yaradıcı bir güclə çox qısa bir zaman ərzində son dərəcə təsir edici kampaniyalar ortaya çıxartmaq mümkündür. Üstəlik bu, yalnız qrafik bir dizayn ilə də təmin edilə bilər.
Roy Walker İngiltərədə yayımlanan məçhur oyun şousu "Catchphrase"də "IBM"in 1981-ci ildəki Paul Randin dizaynını göstərərək "Burada nə gördüyünüzü söyləyin" dedi.

Channel 4 məşhur serial "Friends"in son bölümünü reklam etmək üçün isə söz oyunlarından istifadə etdi.

Anthony Nolan isə son dərəcə anlamlı bir kampaniyaya olduqca bəsit və sadə bir izahatla imza atdı. Qan xərçəngi üçün donor olmanın əhəmiyyətinə diqqət çəkərək öz adındakı cüt hərfləri birləşdirən Nolan, "Be a match, save a life" dedi.

Apple, iPdo Hi-Fi təqdimatı üçün səsin gücünü vurğulamaq məqsədi ilə qırılmış şüşə parçalarının görünüşündə bir dizayn ilə qarşımıza çıxdı.

Fed-Ex isə avtomobillərini rəngləyərək hər zaman daha öndə olduğunu vurğuladı.

McDonald’s isə küçə lampalarından bir dizayn təqdim edərək insanları təəccübləndirməyi bacardı.
