25 Martda yayımlanacaq "Batman v Superman: Dawn of Justice" filmində Batmanın Gotham küçələrində macəradan macəraya qaçarkən istifadə etdiyi Jeep Renegade Dawn of Justice xüsusi modeli ilə satışa təqdim edilir. Batman üçün xüsusi olaraq qaraya boyanan avtomobil, bilinən Renegade dizaynını qoruyub saxlayır.



Jeepin Carbon Black adını verdiyi rəng variantının yanında daha açıq Granite Crystal variantı da mövcuddur. Avtomobildə bundan əlavə yenə filmə özəl xüsusi Batman / Superman loqosu yer alır. Bu xüsusi iş üçün mikrosayt da yaradılıb. Sözügedən avtomobil 27.245 dollardan satışa təqdim olunacaq.